ABŞ
Qonşuları Harrisdən şikayət etdi: "Köçsə, ona səs verməyə hazırıq"
ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin evinin yerləşdiyi Los-Ancelesdəki Brentvud məhəlləsinin sakinləri onun seçki kampaniyasının yaratdığı səs-küyə görə narahatdırlar.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Onlar bir şərtlə siyasətçiyə səs verməyə hazırdırlar: əgər o, həmin məhəllədən köçərsə.
Kamala Harris hazırda ABŞ-ın vitse-prezidentinin rəsmi iqamətgahında, Vaşinqtondakı “Observatory One”-da yaşasa da, onun Los-Ancelesdəki qonşuları hələ də prezidentlik yarışı ilə əlaqədar çətinliklər yaşayırlar.
Xüsusən də prezidentliyə namizədin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən küçənin daim bağlanmasından, tıxacların yaranmasından şikayətlənirlər. Qonşulardan biri hətta Los-Ancelesdəki evini satıb köçmək şərti ilə Harrisə məmnuniyyətlə səs verəcəyini deyib.
Ev (325 kvadratmetr) Los-Ancelesin elit Brentvud məhəlləsində 2012-ci ildə Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoff tərəfindən alınıb və ər-arvadın birgə mülkiyyətindədir. Evin qiyməti hazırda 5 milyon dollardan çoxdur. “Los Angeles Times” xəbər verir ki, Harris vaxtaşırı Kaliforniyanın ən böyük şəhərindəki evinə baş çəkir, lakin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən səfərləri rəsmi tədbirlər kimi gizlədir.
Akqabay
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
















.jpg)













.jpg)
.jpg)