ABŞ
Rusiyanın yuxusunu qaçıracaq AÇIQLAMA - Tramp Ukraynaya “Tomahawk” raketləri verir?
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya "Tomahawk" qanadlı raketlərinin verilməsi və ya Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün alternativ variantların axtarılması imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Bloomberg" telekanalının efirində bildirib.
“Prezident Tramp "Tomahawk" raketlərinin lazım olub-olmadığını və ya digər ölkələrin uzaqmənzilli zərbələr üçün alternativ imkanlar təqdim edə biləcəyini araşdırmağa davam edəcək”, - Uitaker deyi.
Amerikalı diplomat ABŞ administrasiyasının hansı alternativ silah təchizatı variantlarını nəzərdən keçirdiyini və bu prosesə hansı ölkələrin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.
Çərşənbə axşamı ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, ABŞ Ukraynaya "Tomahawk" raketlərinin verilməsinə yaxınlaşıb. Onun sözlərinə görə, Tramp Ukraynaya münaqişədə qalib gəlmək üçün yardım etməyə çalışmır, əksinə, silahlı münaqişəni nizamlamağa çalışır, çünki “o, həmişə qalibdir.”
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





