ABŞ
Maduronu devirmək üçün müharibə olacaq: Rəşidə Trampın planını açıqladı
Konqresmen Rəşidə Tlaib ABŞ prezidenti Donald Trampın Nikolas Maduro hökumətini devirmək üçün müharibə planlaşdırdığını bildirib.
Publika.az xəbər verir ki, o vurğulayıb ki, heç kimin rejimin dəyişməsi naminə hərbi əməliyyatlara başlamaq səlahiyyəti olmamalıdır.
Tlaib əlavə edib ki, prezidentin Karib hövzəsində "yalnız insanları öldürmək" hüququ olmamalıdır. Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ “ölkəyə narkotik gətirənləri məhv edəcək”.
Ağ Evin mətbuat katibi Kerolin Levitin sözlərinə görə, Vaşinqton hərbi əməliyyatlar da daxil olmaqla narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün bütün mövcud resursları səfərbər etməyə hazırdır. Amerika gəmiləri və sualtı qayıqlarını Venesuela sahillərinə göndərdikdən sonra Karakas bu hərəkətləri təxribat və beynəlxalq müqavilələrin pozulması adlandırıb.
ABŞ artıq narkotik daşıdığını iddia edərək Venesuela sahillərində qayıqlara qarşı güc tətbiq edib. Hücum 27 nəfərin ölümü ilə nəticələnib. Konqres hərbi əməliyyatları gücləndirməzdən əvvəl Trampdan izahat və sübut tələb edib.
Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın hərəkətlərini pisləyərək, Trampın narkotiklərlə mübarizə adı altında Venesuela nefti üzərində nəzarəti bərqərar etməyə çalışdığını iddia edib. O, Vaşinqtonu həddindən artıq güc tətbiq etməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edib.
Tural
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?
-
Nida Xəbər 10:56Mehriban Əliyeva Türkiyəni təbrik etdi
-
İdman10:40Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT
-
MDB09:56Ukrayna rusların yuxusunu bu gecə də qaçırdı: Düz 100 PUA ilə...
-
Dünya09:50ABŞ kəşfiyyatı hesabatı təqdim etdi: Putinin məqsədi budur
-
Maraq dünyası08:33Ən çox boşanan bürclər
-
Dünya07:47Ayı kənddə DƏHŞƏT YAŞATDI - Ölən və yaralananlar var
-
Magazin106:16Rüfət Axundov bu xanım müğənniyə saysız-hesabsız bahalı hədiyyə alıb











.jpg)

.jpg)


















.jpg)





