ABŞ
Dərman paketi gözləyən qadına kəsilmiş barmaqlar göndərildi
ABŞ-ın Kentukki ştatında yaşayan bir qadın poçtla dərman və digər tibbi ləvazimatlar gözləyib, lakin bunun əvəzinə qapısının önündə insan bədəninin hissələri olan bir qutu ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV-ə rəsmi qurumlar məlumat veriblər.
Rəsmi şəxslərin açıqlamasına görə, “cərrahi hazırlıq” üçün nəzərdə tutulmuş bağlama səhvən yanlış ünvana — Kentukkinin cənub-qərbində, Tennessi ştatının Neşvil şəhərindən təxminən 120 kilometr uzaqda yerləşən Hopkinsvill şəhərinə göndərilib.
“Bəli, bu doğrudur,” - deyə Kristian dairəsinin koroneri Skott Daniel "NBC News" ilə söhbətində faktı təsdiqləyib.
“Qadın tibbi ləvazimatlar gözləyirdi, amma qutudan insan əlləri və barmaqları çıxdı. Bu bağlama cərrahların təlimi üçün nəzərdə tutulmuşdu, lakin nədənsə onun qapısına çatdırılıb”, - o əlavə edib.
Danielin sözlərinə görə, o, bu qorxulu yanlışlığa şəxsən müdaxilə edib və qalıqları nəzarətə götürərək onların düzgün ünvana qaytarılmasını təmin edib.
Xoşbəxtlikdən, qadın sonda sifariş etdiyi düzgün bağlamanı alıb.
Hüseyn İbadlı
-
Sağlamlıq03:43Hansı qidalar ödem yaradır? - Belevadan XƏBƏRDARLIQ
-
Əmlak02:12Mənzil bazarında bahalaşma davam edir: Səbəb nədir ? - VİDEO
-
ABŞ01:41Dərman paketi gözləyən qadına kəsilmiş barmaqlar göndərildi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onu qaranlığın içində tapacaqsınız
-
İKT1 Noyabr 23:24"ChatGPT"yə QADAĞA QOYULDU - Belə məsləhətlər verməyəcək
-
Magazin21 Noyabr 22:36“Ölsəm, o konsertə get, Mahsun mənim üçün “Bəlalım” oxusun” - FOTO/VİDEO
-
Nəqliyyat1 Noyabr 21:24Qu quşu qatarların hərəkətini İFLİC ETDİ
-
Magazin11 Noyabr 21:12Röyadan YENİ AÇIQLAMA: "Həmişə mənə deyirdilər ki..."






































