ABŞ
Tramp bu ölkəni işğalla HƏDƏLƏDİ - “Sürətli və sərt olacaq”
ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı törədilən zorakılıqlara görə ölkəyə qarşı mümkün güc tədbirlərinin hazırlanması üçün Pentaqona göstəriş verib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, əgər Nigeriya hakimiyyəti bu cür cinayətlərin qarşısını almaqda davamlı uğursuzluq göstərərsə, ABŞ bu ölkəyə bütün yardımı və dəstəyi dərhal dayandıracaq.
“Amerika Birləşmiş Ştatları Nigeriyaya bütün yardım və dəstəyi dərhal dayandıracaq və bu dəhşətli vəhşilikləri törədən İslam terrorçularını tamamilə məhv etmək üçün tam silahlanmış şəkildə hazırda rüsvay olmuş ölkəyə daxil ola bilər”, - ABŞ lideri xəbərdarlıq edib.
Tramp həmçinin vurğulayıb ki, Nigeriyaya mümkün müdaxilə “sürətli və sərt” olacaq və hücum “məmnuniyyətlə həyata keçiriləcək”.
Nigeriyanın xarici işlər naziri Yusuf Tuggar isə bildirib ki, ölkədəki çətin vəziyyətə baxmayaraq, vətəndaşların təhlükəsizliyi təmin olunur. Nazirlik əlavə edib ki, dövlət ekstremistlərlə mübarizə aparır, bu ekstremistlər isə Qərbi Afrika və Sahel bölgəsində parçalanma və dağılma yaratmaq istəyən qüvvələrin xüsusi maraqları ilə dəstəklənir.
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





