ABŞ
ABŞ-ın parçalanma yaratmaq planı - Bu ölkə yaxınlığında hərbi baza qurulur
ABŞ 20 ildən çoxdur ki, bağlanmış Puerto-Rikodakı “Ruzvelt Rouds” hərbi-dəniz bazasını yenidən qurmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, tikinti işləri 17 sentyabrda başlayıb. Agentliyin əldə etdiyi peyk görüntülərində bazadakı uçuş-enmə zolağına aparan yolların örtüyünün dəyişdirildiyi görünür.
ABŞ Hərbi Dəniz Piyadalarının ehtiyatda olan polkovniki Mark Kançian bildirib ki, bu cür dəyişikliklər hərbi təyyarələrin eniş və qalxışlarının sayının artırılmasına hazırlıq məqsədi daşıyır.
Puerto-Rikoda və Venesueladan təxminən 800 km uzaqlıqda yerləşən Vircin adalarında da mülki hava limanlarında infrastruktur işləri aparılır.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş elmi işçisi Kristofer Ernandes-Roy bu addımların Venesuela Prezidenti Nikolas Maduronu və onun ətrafındakı generalları qorxutmaq, nəticədə parçalanma yaratmaq məqsədi daşıya biləcəyini deyib.
Noyabrın 1-də WP yazıb ki, ABŞ Venesuela sahillərinə hərbi gəmilər, sualtı qayıqlar və minlərlə əsgər göndərib. Qeyd olunub ki, Vaşinqtonun Karib hövzəsində hərbi gücünü artırması ABŞ administrasiyasının regionda əməliyyatları genişləndirməyə hazırlaşdığını göstərir.
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





