ABŞ liderindən DÜNYAYA MESAJ: "Putin və Cinpinlə oyun oynamaq olmaz"
Bizi izləyin

ABŞ

ABŞ liderindən DÜNYAYA MESAJ: "Putin və Cinpinlə oyun oynamaq olmaz"

ABŞ liderindən DÜNYAYA MESAJ: "Putin və Cinpinlə oyun oynamaq olmaz"

"Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpin güclü və ağıllı insanlardır, onlarla oyun oynamaq olmaz".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CBS telekanalına verdiyi müsahibəsində deyib.

“O ikisi də sərtdir, ağıllıdır. Çox güclü liderlərdir. Onlarla oyun oynamaq olmaz”, – deyə Tramp qeyd edib.

Noyabrın 3-də ABŞ Prezidenti Ukrayna məsələsində səbirinin sonsuz olduğunu və tükənməyəcəyini də vurğulayıb. Ukraynada nizamlanma üçün son tarixlərlə bağlı sualı cavablandırarkən Tramp qeyd edib ki, bəzən tərəflərə qarşıdurma yolu ilə “buxarı sovurmaq” imkanı verilməlidir.

Bundan əlavə, Tramp Avropa ölkələri tərəfindən Rusiya Federasiyasının dondurulmuş aktivləri ilə bağlı müzakirələrdə iştirak etmədiyini vurğulayı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm