ABŞ
ABŞ daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulduğunu ELAN EDƏCƏK - Azərbaycan, yoxsa Ermənistan?
ABŞ Prezidenti Donald Trampın administrasiyası bu axşam daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulacağını elan edəcək.
Publika.az "Times of Israel"ə istinadla xəbər verir ki, bunu ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bildirib.
“Bu axşam biz daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulmasını və İsraillə münasibətlərin normallaşdırılmasını elan edəcəyik,” - deyə Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda səhnədə çıxışı zamanı söyləyib.
Uitkoff hansı ölkənin “İbrahim Sazişi"ə qoşulacağını açıqlamayıb. Bu razılaşmalar ilk dəfə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə onun birinci prezidentlik müddətinin sonunda – 2020-ci ildə əldə olunmuşdu və ərəb və müsəlman ölkələrinin İsraillə münasibətləri normallaşdırmasını nəzərdə tuturdu.
Bu ilin may ayında Uitkoff "Breitbart News"a verdiyi müsahibədə “İbrahim Sazişi"nin genişlənə biləcəyini istisna etməyib, gələcəkdə Ermənistan və Azərbaycanın da onlara qoşula biləcəyini qeyd etmişdi.
“Mən proqnozlaşdırıram ki, nisbətən yaxın vaxtlarda Livanda, hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onların tərəfindən güclü müsbət reaksiya olub. Bu, Liviyada da baş verə bilər. Bu baş verə bilər və mən “İbrahim Sazişi"nə qoşulmaqdan danışıram – bu, Azərbaycan və Ermənistanla da baş verə bilər. Biz hesab edirik ki, həmin ölkələrdə münaqişələrin son – yekun həllinə çox, çox yaxınlaşmışıq. Mən güman edirəm ki, hər iki ölkə “İbrahim Sazişi"nə qoşulmaq istəyə bilər”, - deyə Uitkoff o vaxt bildirmişdi.
Hüseyn İbadlı
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi



























.png)

.jpg)





