Avropa
Britaniya ABŞ-a MEYDAN OXUDU: İranla...
Böyük Britaniya İranla nüvə sazişinin şərtlərinə tərəfdar olmağa davam edəcək və ABŞ-ın yeni sanksiyalarından sonra İranla ticarət əlaqələrini dayandırmayacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Britaniyanın baş nazirinin rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
“Biz ABŞ-ın sanksiyalarının bərpasına heyfsilənirik. Biz əvvəlki kimi əminik ki, İranla nüvə sazişi dünyanı daha təhlükəsiz edir və bizim mövqeyimiz əvvəlki kimi qalır. Biz İranla nüvə razılaşması üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. İran nüvə fəaliyyətinə ciddi riayət edir. Biz razılaşmanın icrasına sadiq olacağıq. Həmçinin, İranla ticarət əlaqələrinin tam ölçüdə genişlənməsini dəstəkləməyə və bütün ticarət imkanlarından istifadə etməyə davam edəcəyik”, - baş nazirin nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün səhər saat 09:00-da ABŞ-la İran arasında iqtisadi müharibə başlanıb və ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə idarəsi yeni sanksiyaların mətnini dərc etdi. İdarənin qərarına uyğun olaraq, İran hökuməti, təhlükəsizlik qurumları və Mərkəzi Bankı ilə bağlı şəxslərin və şirkətlərin ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri bloklanacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq etmişdi.
Daha əvvəl ABŞ-ın Prezident Administrasiyasının anonym mənbəyinə istinadən “Blomberg” agentliyi bildirib ki, ABŞ sanksiyalardan sonra da Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla 8 ölkəyə İran neftinin idxalını davam etməsinə icazə verib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, rəsmi Vaşinqton Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcək. ABŞ rəsmisi bununla da bəzi Avropa şirkətlərinin İran sanksiyalarına görə ABŞ-la əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə suala cavab verib.
"Avropa şirkətlərinə ABŞ-la və İranla eyni vaxtda bizneslə məşğul olmağa icazə verilməyəcək", - deyə Pompeo bildirib.
Ömər
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı




































