Avropa
Şoltsdan NATO ilə bağlı vacib AÇIQLAMA: 30 gün ərzində...
NATO Atlantik okeanının hər iki tərəfində ümumi təhlükəsizliyimizin əsasıdır və bu, belə də qalacaq.
Publika.az xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Olaf Şolts noyabrın 4-də Berlində NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra media nümayəndələri üçün brifinqdə deyib.
Avropada on illərlə mövcud olmuş sülhün güclü və geniş şəkildə təhdid altında olduğunu diqqətə çatdıran Olaf Şolts bildirib: "Almaniya bununla əlaqədar öz hərbçilərini NATO müttəfiqimiz Litvada yerləşdirib və beləliklə, ittifaq bölgəsinin şərq qanadını gücləndirir. Almaniya 35 min kişi və qadın, 200-dən çox gəmi və təyyarə ilə gələn il NATO-nun Qüvvət Modelində yer alacaq. Bu kontingentin 30 gün ərzində tam fəaliyyətə başlaması nəzərdə tutulur. Bu, bizim NATO-ya konkret töhfəmizdir".
Federal hökumətin təhlükəsizlik siyasəti ilə bağlı vəziyyətin dəyişməsinə qətiyyətlə reaksiya verdiyini vurğulayan Kansler Almaniyanın son 7 ildə müdafiə xərclərini iki dəfə artırdığını qeyd edib:
"Bu il ilk dəfə olaraq iqtisadi gəlirimizin iki faizini müdafiəyə ayırırıq. Qarşıdakı illərdə də bu istiqamətdə qətiyyətlə davam edəcəyik. Biz 100 milyard avroluq xüsusi fond hesabına Silahlı Qüvvələri modernləşdiririk. Silahlı Qüvvələrimizi bütün sahələrdə ardıcıl qaydada gücləndirmək prosesindəyik. Məqsədimiz, Atlantik Alyansın məqsədi açıqdır: o qədər güclü olmayıq ki, heç kim bizə hücum etməyi ağlına belə gətirməsin. NATO Atlantik okeanının hər iki tərəfində ümumi təhlükəsizliyimizin əsasıdır və bu, belə də qalacaq. Qurulmasından 75 il sonra belə, bu, transatlantik əməkdaşlıq, azadlıq, demokratiya və qanunun aliliyi kimi ümumi dəyərlərimizin ifadəsidir. Bütün NATO ölkələrinin vətəndaşları bu alyansdan faydalanırlar".
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı