Avropa
Proqnozlar alt-üst oldu: “TikTok”dan istifadə edən professor prezident seçkilərində liderdir
Rumıniyada keçirilən prezident seçkilərində ultramillətçi namizəd Kelin Georgesku öndədir, hazırkı baş nazir Marsel Çiolaku isə ikinci yerdədir.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Qeyd edək ki, Georgeskunun qələbəsi proqnozların əksinə baş verib. Xüsusilə, INSCOP sorğu şirkəti tərəfindən aparılan sorğu göstərib ki, prezident seçkiləri ərəfəsində keçirilən sorğuda Rumıniyanın baş naziri, solçu Marsel Ciolaku və müxalifətdə olan ifrat sağçı AUR partiyasının sədri George Simion liderdirlər və buna görə də, onların ikinci turda qarşılaşacağı proqnozlaşdırılırdı.
Rumıniyanın aparıcı müxalifət partiyası, Vətəndaşları Xilasetmə İttifaqının (USR) sədri, hazırda ikinci yer uğrunda Ciolaku ilə mübarizə aparan Yelena Laskoni qərbyönlü, Ukraynayönlü liberaldır.
Ekspertlər hesab edirdilər ki, Georgesku və Laskoni ikinci tura çıxsa, seçkilər geosiyasi qarşıdurmaya çevriləcək - rusiyayönlü namizədin rəqibi Rumıniyada bütün seçiciləri birləşdirib qalib gələ bilər.
Beləliklə, 99,65% səs hesablamalarına görə, səsvermənin nəticələri belədir:
Kelin Georgescu 22,86%;
Marsel Çiolaku – 19,22%;
Yelena Laskoni – 19,13%;
Djordje Simion – 13,87%;
Nikolae Ciuca – 8,81%;
Mirça Koane – 6,32%;
Hunor Kelemen – 4,53%;
Kristian Diakonesku – 3,11%;
Kristian Terges – 1,03%.
“Politico” qeyd edir ki, çox dindar və millətçi olan Georgesku Rumıniyanın idxaldan asılılığını azaltmaq, fermerləri dəstəkləmək və yerli ərzaq və enerji istehsalını artırmaq üçün kampaniya aparırdı.
O, həmçinin Aİ və NATO-nun Rumıniyanın maraqlarını lazımi şəkildə təmsil etmədiyini iddia edib və Rusiyanın Rumıniyanın qonşusu olan Ukraynadakı müharibəsinin Amerika hərbi şirkətləri tərəfindən manipulyasiya edildiyini bildirib.
O, az tanınan bir universitet professoru olaraq seçiciləri ətrafında toplamaq üçün “TikTok”dan istifadə edib.
Tural
-
Hadisə18:20Ağdərə sakini mal-qara otararkən minaya düşdü
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək - VİDEO





















.jpg)













