Bilgi.az
Balıqqulağıdan təşkil olunmuş ada - FOTOLAR
Afrikada yerləşən Seneqal ölkəsinin qərb hissəsində Joel-Fadiut adlı bir şəhər var.
Şəhərin bir qismi ada üzərində yerləşir. Adalardan biri isə turistlərin ən çox sevdiyi məkanlardan biridir. İş ondadır ki, Faduit adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağıdır.
Əslində, bu şəhər XIX əsrin sonlarına kimi mövcud olmayıb. Ada tədricən yaranıb. Yerli əhali molyusklarla qidalanır və dəniz nemətinin balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökülüb.
Beləliklə də, Faduit adası peyda olub. Süni ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri bu adaya köç edib və materiki ada ilə birləşdirən körpü tikib. Bu adada məşhur bir qəbiristanlıq yerləşir. Məzarlar da balıqqulağından hazırlanıb.
Ümumiyyətlə, burada hər şey balıqqulağından təşkil olunub. Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır.
Nura
-
Qoroskop00:00Günün ulduz falı - Xərclər qazanca çevriləcək
-
Dünya8 Fevral 22:24Ərinin zarafatca "meymun" adlandırdığı model intihar etdi - Foto
-
Magazin18 Fevral 21:12Xalq artisti qırmızı mini libasda - Foto
-
İdman8 Fevral 21:00Azərbaycan futbolunda bu da oldu
-
Magazin18 Fevral 19:36Kəmalə Günəşlinin arxiv görüntüləri yayıldı - Video
-
Nəqliyyat8 Fevral 19:12Bakı-Sumqayıt yolunda təmir işləri bu tarixdə bitəcək
-
Avto8 Fevral 18:24Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
-
Nəqliyyat8 Fevral 18:12Piyada keçidi, yoxsa ölüm zolağı? - Video





































