Dünya
“Rusiya işğalına qarşı azadlıq mübarizəsi ilə cavab veriləcək” – TƏHDİD
Rusiyanın Suriyada Azad Suriya Ordusu hədəflərini vurduğu əməliyyatın detalları dəqiqləşir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminə qarşı vuruşan “Şam Cəbhəsi”nin səhra komandirlərindən olan Məhəmməd əl-Gabi Rusiyanın ilk olaraq Xama çölünün şimalında Azad Suriya Ordusuna bağlı “İz” adlı qrupun qərargahının vurulduğunu deyib.
“Həmin qərargahın üzərində Azad Suriya Ordusunun bayrağı var idi, amma buna baxmayaraq, qərargah vurulub. Rusiyaya görə Əsədə qarşı silah çəkən hər kəs terrorçudur. Biz Azad Suriya Ordusu olaraq bizimlə döyüşməyə gələn hər kəslə döyüşəcəyik. Rusiyanı bu andan etibarən işğalçı güc olaraq görürük”, - səhra komandiri söyləyib.
Türkman komandir Əhməd Alban Rusiyanın Lazikiyə şəhərində çox sayda hərbçi gətirdiyini bildirib. Onun sözlərinə görə, hər gün 5 yük təyyarəsi hərbçi, silah və sursat gətirir: “Çox güclü toplar gətirilib. Rusiyanın silah daşımasından sonra topun səsi də dəyişib. Əsəddən müdafiə etdiyimiz torpaqları Rusiyadan da müdafiə edəcəyik”.
Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Xalid Xoca Rusiyanın Suriyadakı hücumlarını pisləyərək xalqın Rusiya işğalına qarşı azadlıq mübarizəsinə qalxacağını söyləyib. Rusiyanın İŞİD-lə döyüşmədiyini deyən Xoca bildirib ki, Rusiya Suriyanın yalnız 14 faizinə nəzarət edən və legitimliyini itirən rejimə dəstək vermək üçün Suriyada olduğunu deyib.
“Rusiya işğalına Suriya xalqının azadlıq mübarizəsi ilə cavab veriləcək. Bunu etməyə haqqımız var”, - Xalid Xoca söyləyib.
O, Rusiyanın aviazərbələr endirdiyi bölgənin bir il əvvəl İŞİD və “Əl-Nüsra” Cəbhəsindən təmizləndiyini, Rusiyanın məqsədinin Əsədə dəstək vermək olduğunu qeyd edib. Azad Suriya Ordusunun 70 min döyüşçüsünün olduğunu dilə gətirən SMDK-nin sədri aviasiya zərbələrinə məruz qalmasa, rejimi məğlub edə biləcəklərini vurğulayıb.
Ömər Dağlı
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa














.jpg)


.webp)
















