Dünya
Dünyanın ən uzunsaçlı kişisi – FOTOLAR
Vyetnam sakini Tran Van Hay dünyanın ən uzunsaçlı kişisi kimi tarixə düşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 6 metr 80 santimetrlik saçları ilə məşhurlaşan Tran Van Hay 50 il ərzində saçlarına bircə dəfə də olsa qayçı vurmayıb.
Dünyanın ən uzunsaçlı kişisi həm də işgüzarlığı ilə seçilir. O, qeyri-ənənəvi müalicə metodları ilə insanları müalicə edir. Yerli sakinlərin sözlərinə inansaq, Tran Van Hay öz xidmətləri müqabilində insanlardan bir qəpik də xidmət haqqı almır.
Bəzi mənbələr Tran Van Hayı yalnız ən uzunsaçlı kişi olaraq yox, ümumiyyətlə, Yer üzünün ən uzunsaçlı insanı kimi qeyd edirlər. Bir çoxları hesab edir ki, o, saçlarının uzunluğuna görə qadınlardan da öndədir.
67 yaşlı Tran Van Hay həyatının yarıdan çoxunu saçlarını uzatmağa, onlara qulluq etməyə həsr edib. Ölkəsində məşhurlaşmış bu şəxslə bağlı statistikaya əsasən, onun saçları 7 il ərzində 1,2 metr uzanıb.
Tran Van Hay uzun saçlarının onun hərəkət etməsinə mane olmaması üşün saçlarını çalma kimi bükərək başına dolayır.
Vyetnamın Kien Qian əyalətinin sakini saçlarının uzunluğuna görə Ginnesin “Rekordlar” kitabına duşmuş Tayland sakini Xu Sationu da üstələyib. Həmin şəxsin saçlarının uzunluğu isə 5.79 santimetrdir.
Maraqlıdır ki, dünyada Tran Van Haydan daha uzunsaçlı kişi qeydə alınmasa da, Ginnesin “Rekordlar” kitabına düşmək xəyalı ilə yaşamış vyetnamlının adı həmin siyahıda yer almayıb.
Anar Tağıyev
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO



































