Dünya
Türkiyə ordusuna məxsus 20 tank Suriyaya daxil oldu
Türkiyə Silahlı Qüvvələrinə məxsus 20-ə yaxın tank Kilis əyalətinin Elbeyli rayonunda sərhədi keçərək Suriya ərazisinə daxil olub.
Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, zirehli texnika Suriya Azadlıq Ordusunun nəzarət etdiyi əl-Rai kəndinə çatıb.
Hərbi texnikanın keçidi Türkiyə ərazisindən İŞİD qruplaşmasının əl-Rai kəndi yaxınlığında yerləşən mövqelərini sıx atəşə tutan reaktiv artilleriya vasitəsi ilə qorunub. Zirehli texnikanın sərhədi keçdiyi ərazidən 30 kilometr uzaqlıqda İŞİD qruplaşmasının Suriyanın şimalinda yerləşən əsas dayaq məntəqələrindən biri olan əl-Bab şəhəri yerləşir.
Xatırladaq ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə daxil olaraq Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD yaraqlılarından təmizləməsinə dəstək verib.
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik




























.jpg)


