Putin: “Rusiya kəşfiyyatı buna hazırdır”
Bizi izləyin

Dünya

Putin: “Rusiya kəşfiyyatı buna hazırdır”

Putin: “Rusiya kəşfiyyatı buna hazırdır”

Türkiyə kurortlarında Rusiya turistlərinin təhlükəsizliyinin təmin edilməsi prinsipial olaraq əhəmiyyətlidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Putin deyib ki, Rusiyanın müvafiq idarələri bu məsələdə Türkiyə xüsusi xidmət orqanlarına kömək etməyə hazırdır.

“Bu may bayramlarında xaricə dincəlməyə gedən Rusiya turistlərinin üçdə biri məhz Türkiyəni seçdilər”, - Putin bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm