Dünya
Ankara-Berlin xəttində növbəti böhran: Almaniya İncirlikdən çıxır
Almaniya kansleri Angela Merkel alman millət vəkillərinin İncirlik hərbi hava bazasına buraxılmamasına reaksiya verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra verdiyi açıqlamasında alman əsgərlərinin İncirlikdən çıxarılacağını bildirib.
“Almaniya hərbi birlikləri üçün alternativlərimizi qiymətləndirəcəyik. İordaniya bunlardan biridir”, - Merkel deyib.
Qeyd edək ki, Türkiyə alman millət vəkillərinə İncirlik hərbi bazasında xidmət edən əsgərləri ziyarət etməsinə icazə verməyib. Bu barədə DPA xəbər agentliyi Almaniya parlamentinin Federal Müdafiə Komissiyasının üzvü olan millət vəkillərinə istinadən məlumat yayıb.
Türkiyənin alman millət vəkillərini hansı səbəbdən bazaya buraxmaması bəlli deyil.
Bu isə ilk analoji hadisə deyil. Almaniya bundestaqının 2016-cı il iyunun 2-də “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etməsindən sonra Ankara alman millət vəkillərinin İncirliyi ziyarət etməsinə icazə verməmişdi.
Bundan başqa, İncirlikdən uçuşlar həyata keçirən Almaniya təyyarələrinin Suriya və Şimali İraqda İŞİD-ə qarşı apardığı kəşfiyyat fəaliyyəti zamanı topladığı məlumatları Türkiyə ilə paylaşmaması iki ölkə arasında böhrana səbəb olmuşdu.
İncirlik bazasında Almaniyanın təxminən 260 əsgəri var.
Ömər Dağlı
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO
























.jpg)









