Dünya
Simpsonlar bunu da proqnozlaşdırıbmış: dünyanı şoka salan hadisə - VİDEO
İddialara görə, məşhur "The Simpsons" cizgi serialı dünyanı heyrətləndirən proqnozlarına yenisini əlavə edib.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 15 avqust 2024-cü il tarixli bəyanatında meymunçiçəyi ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.
Bu vəziyyət sosial mediada Simpsonların meymunçiçəyi ilə bağlı epizodlar yayımladığı və epidemiyadan əvvəlcədən xəbərdar olduğu iddialarını gündəmə gətirib.
Lakin meymunçiçəyi virusundan xəbəri olduğu güman edilən bölümlərin bu virusla heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Homer Simpson personajının meymunla içki içdiyi və sonra xəstələndiyi iddia edilən görüntülərdən birincisi 9-cu sezonun “Girly Edition” adlı 21-ci bölümündəndir.

Homer Simpson kömək etmək üçün Heyvanlara Yardım Mərkəzindən Mojo adlı bir meymunu övladlığa götürür. Ancaq epizod boyunca iddia edildiyi kimi, Homer meymundan heç bir xəstəliyə tutulmur. Homerin bədənində səpgilərlə gördüyümüz ekran görüntüsü serialın 17-ci sezonunun 3-cü bölümündən götürülüb. Bu epizodda Simpson ailəsinin ən gənc üzvü Meqqi suçiçəyi xəstəliyinə tutulur. Homer Simpson da suçiçəyinə yoluxur.
Qeyd edək ki, ÜST-nin meymun çiçəyi virusu haqqında qlobal fövqəladə vəziyyət elan etməsi ilk deyil. Daha əvəl bu virus 2022-ci ildə müxtəlif ölkələrə yayıldıqdan sonra da fövqəladə vəziyyət elan edilib. Lakin 10 ay sonra yoluxmaların sayının azalması səbəbindən fövqəladə vəziyyət ləğv edilib.
Roza Şəfiyeva
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
















.jpg)


















