Ankaranın Suriyada kritik missiyası: Türkiyəli deputata görün hansı vəzifə verildi
Bizi izləyin

Dünya

Ankaranın Suriyada kritik missiyası: Türkiyəli deputata görün hansı vəzifə verildi

Ankaranın Suriyada kritik missiyası: Türkiyəli deputata görün hansı vəzifə verildi

Türkiyədə AK Partiya Antalya millət vəkili Atay Uslu Aralıq dənizi Parlament Assambleyası tərəfindən "Səfir" titulu ilə "Suriya üzrə xüsusi nümayəndə" təyin edilib.

Publika.az xəbər verir ki, assambleyanın baş katibi Sergio Piazzi tərəfindən imzalanan təyinat Romada keçirilən 19-cu Baş Assambleya İclasında qəbul edilib.

Usluya yazdığı təyinat məktubunda Piazzi xüsusi nümayəndə vəzifəsini qəbul etməkdən şərəf duyduğunu qeyd edib:

“Sizdən Suriyada demokratik keçid prosesini və xalqı dəstəkləməyə, dövlət institutlarının yenidən qurulmasına və gücləndirilməsinə, iqtisadiyyatın, təhlükəsizliyin və ərazi bütövlüyünün bərpasına, insan və azlıqların hüquqlarına hörmətin təşviqinə və suriyalı qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək etməyə yönəlmiş Parlament Diplomatiyası təşəbbüslərinə məsləhət və rəhbərlik etməyinizi xahiş edirəm”.

Atay Uslu bu vəzifənin Türkiyədən olan bir millət vəkilinə təklif edildiyi üçün öz minnətdarlığını bildirib:

“Türkiyənin daha ədalətli bir dünya və xüsusilə Suriya məsələsi üçün indiyə qədər göstərdiyi humanitar və diplomatik liderliyi nəzərə alsaq, bu mühüm vəzifənin Türkiyədən olan bir millət vəkilinə təklif edilməsi Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində ölkənin xarici siyasətinə olan etimadın göstəricisidir”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm