Dünya
Ukraynadan uran yataqları ilə bağlı qərar - Məlumatların məxfiliyi ləğv edilir
Ukrayna hakimiyyəti ölkənin uran yataqları haqqında məlumatı məxfilikdən çıxara bilər.
Publika.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ukraynanın Hasilat Sənayesi Milli Assosiasiyasının direktoru Kseniya Orınçak açıqlayıb.
Onun sözlərinə görə, bu, ABŞ-la yerin təkindən istifadə müqaviləsi çərçivəsində baş tuta bilər.
O xatırladıb ki, hökumət mineralların əsas qrupları (almaz, qızıl, litium, niobium, tantal, titan, sirkonium, skandium, platin, iridium, osmium və palladium) ilə bağlı məlumatları açıqlayıb. Qallium, indium, kadmium, renium, rubidium, selenium, tallium, tellur və seziumla bağlı isə ayrıca qərar qəbul edilib.
"Hazırda ehtiyatları gizli qalan yeganə mineral ehtiyat uran və uran filizləridir. İqtisadiyyat Nazirliyinin himayəsi ilə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənəcək Təhlükəli Faydalı Qazıntılar üzrə Strategiya hazırlanır.
Strategiyanın hazırda müzakirə olunan tədbirlərindən biri uran məlumatlarının məxfiliyin ləğvi variantıdır", - deyə o bildirib.
Direktor qeyd edib ki, layihə 2026-2030-cu illərdə kəşfiyyat, hasilat və hazır məhsula emalı stimullaşdıracaq.
-
Magazin221:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO






.jpg)




.jpg)



.jpg)



.jpg)


















