Makron və Mitsotakisdən kritik səfər: Avropa hücum altındadır
Bizi izləyin

Dünya

Makron və Mitsotakisdən kritik səfər: Avropa hücum altındadır

Fransa prezidenti Emmanuel Makron və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Cənubi Kiprə rəsmi səfər ediblər.

Publika.az “The Guardian”a istinadən xəbər verir ki, iki lider Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides ilə görüşüb.

Görüşdə ərazisindəki Britaniya bazasına görə ABŞ və İsrailin, həmçinin İranın cavab hücumlarına məruz qalan Cənubi Kiprə dəstək ifadə edilib.

Makron çıxışında vurğulayıb ki, Kipr hücum altındadırsa, bu, Avropanın hücum altında olduğu deməkdir.

Mitsotakis isə Avropadan adaya daha çox dəniz elementi göndərərək əməliyyatı genişləndirməsini istəyib. "Hazırda çox az adam iştirak edir, lakin Avropa həmrəyliyini daha konkret şəkildə göstərməliyik", - deyə o qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm