Dünya
Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Yunanıstan mətbuatı Türkiyənin son illərdə müdafiə və aviasiya sənayesində əldə etdiyi sürətli inkişafı və ixrac göstəricilərindəki artımı diqqət mərkəzinə alıb.
Publika.az xəbər verir ki, bu barədə “In Newspaper” nəşri “Türkiyə silahlı pilotsuz uçuş aparatlarının satışında lider mövqedə” başlıqlı məqalə dərc edib.
Bildirilib ki, Türkiyə hazırda 40-dan çox ölkəyə müdafiə məhsulları ixrac edir və qlobal silah bazarında mövqeyini getdikcə gücləndirir. Həmçinin, Türkiyənin 2025-ci ildə müdafiə və aviasiya sektorunun ixracının təxminən 50 faiz artaraq 10 milyard dolları keçdiyi qeyd olunub.

Xəbərdə xüsusilə pilotsuz uçuş aparatları sahəsində Türkiyənin ön plana çıxdığı vurğulanıb. “Baykar” şirkətinin qlobal PUA bazarında lider mövqedə olduğu, şirkətin ixrac gəlirlərinin də sürətlə artdığı bildirilir.
Təhlillərə görə, Türkiyə dünyada istifadə olunan pilotsuz uçuş aparatlarının təxminən 65 faizini təmin edir və hazırda dünyanın ən böyük 11-ci müdafiə təchizatçısı hesab olunur.

Həmçinin qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsindən sonra NATO ölkələri Türkiyəni yalnız hərbi tərəfdaş deyil, eyni zamanda müdafiə sənayesində mühüm istehsal ortağı kimi görməyə başlayıb.
Türkiyənin müdafiə sənayesində “Baykar”, “ASELSAN”, “Roketsan”, “TUSAŞ” və digər böyük şirkətlərin rolunun artdığı da vurğulanıb.
Müəllif: Roza
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
MDB13:07Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi


































