İsveç səfiri Rusiya XİN-ə çağırıldı
Bizi izləyin

Dünya

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

İsveçin Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı İsveç səfirinə Stokholmun Vyana Konvensiyası çərçivəsində öhdəlikləri və əvvəllər verdiyi təminatlar xatırladılacaq.

Bu addım Rusiyanın Stokholmdakı səfirliyinə növbəti pilotsuz uçuş aparatı ilə hücumdan sonra atılıb. Rusiya tərəfi hadisə ilə bağlı İsveç Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Qeyd edək ki, Rusiyanın İsveçdəki diplomatik nümayəndəliyi iyulun 2-nə keçən gecə daha bir dron hücumuna məruz qalıb. Moskva hadisə ilə bağlı İsveç hakimiyyətindən araşdırma aparılmasını və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm