Dünya
Karni Ərdoğanın hədiyyəsi haqda: Mənim hədiyyəm onun yanında sönük göründü
Kanadanın Baş naziri Mark Karni Ankarada keçirilən NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlərə hədiyyə etdiyi tapança ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Karni paketi özü açmadığını bildirərək, silah haqda ilk dəfə Böyük Britaniyanın Baş naziri Kir Starmerdən eşitdiyini deyib.
"Kanadalıları əmin etmək istəyirəm ki, silahları məndən uzaq saxlayırlar. Starmer mənə üzərində öz adının yazıldığı hədiyyə aldığını dedi. Sonra əməkdaşlarım həmin hədiyyənin mənə də təqdim olunduğunu bildirdilər", - deyə o söyləyib.
Karni əlavə edib ki, özünün hədiyyə etdiyi ağcaqayın şərbəti Ərdoğanın hədiyyəsinin yanında sönük görünüb.
Baş nazirin sözlərinə görə, hədiyyə hazırda Kanada Kral Atlı Polisi (RCMP) tərəfindən saxlanılır. O bildirib ki, silah Kanadada qanuni odlu silah sayılmadığı üçün istifadəyə yararsız vəziyyətə salınıb və gələcəkdə Müharibə Muzeyi və ya Kanada Silahlı Qüvvələrinin muzeyində nümayiş etdirilə bilər.
Müəllif: Roza
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq









.jpg)


.jpg)






















