Eyni gündə Aİ üzvü olacaq ölkələrin adları açıqlandı
Bizi izləyin

Dünya

Eyni gündə Aİ üzvü olacaq ölkələrin adları açıqlandı

Eyni gündə Aİ üzvü olacaq ölkələrin adları açıqlandı

İslandiya və Monteneqro 2028-ci ildə eyni vaxtda Avropa İttifaqına (Aİ) üzv ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, avqustun 29-da İslandiyada Aİ ilə üzvlük danışıqlarının bərpası ilə bağlı keçiriləcək referendumun müsbət nəticələnəcəyi təqdirdə, ölkənin üzvlük prosesi cəmi 1-2 il çəkə bilər. Bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos açıqlayıb.

İslandiyanın artıq Avropa İqtisadi Zonası və Şengen məkanının üzvü olması inteqrasiya prosesini xeyli sürətləndirən amil hesab edilir.

Monteneqro isə Qərbi Balkan ölkələri arasında Aİ-yə üzvlük danışıqlarında ən irəlidə olan namizəd sayılır. Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ölkənin Avropa inteqrasiyasında "finiş xəttinə" yaxınlaşdığını bildirmişdi.

Avropa Komissiyasındakı mənbələrin sözlərinə görə, İslandiyanın yüksək iqtisadi potensialı onu Aİ büdcəsinin əsas donorlarından birinə çevirə bilər. Bu isə ittifaqın ən kasıb üzvlərindən biri olacağı gözlənilən Monteneqronun inteqrasiyası ilə bağlı maliyyə yükünün qarşılanmasına kömək edə bilər.

Beləliklə, avqustun 29-da İslandiyada keçiriləcək referendumun nəticəsi hər iki ölkənin 2028-ci ildə Aİ-yə birlikdə qoşulması ssenarisi üçün həlledici hesab olunur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm