Polşa Rusiya raketlərini vurmaq istəyir - Qalmaqallı təklif
Bizi izləyin

Dünya

Polşa Rusiya raketlərini vurmaq istəyir - Qalmaqallı təklif

Polşa Rusiya raketlərini vurmaq istəyir - Qalmaqallı təklif

Polşa Ukrayna üzərində Rusiyaya məxsus raketlərin vurulması məsələsini müzakirəyə çıxarmağı təklif edib.

Publika.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Nazirin sözlərinə görə, əsas sual raketlərin Ukrayna səmasında məhv edilməsinin daha doğru olması, yoxsa onların sonradan Polşa hava məkanına daxil olduqdan sonra vurulmasıdır.

"Bu, çox ciddi müzakirə mövzusudur və daxili siyasi rəqabətin girovuna çevrilməməlidir", - deyə Sikorski vurğulayıb.

O qeyd edib ki, hazırda Ukraynanın Rusiya ballistik raketlərinə qarşı kifayət qədər imkanları yoxdur.

Sikorski eyni zamanda ABŞ-ı Rusiyaya təzyiqi artırmağa çağırıb. O hesab edir ki, Vaşinqton Moskvanı atəşkəsə məcbur etmək üçün daha sərt sanksiyalar tətbiq etməlidir.

Buna cavab olaraq Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Polşanın belə bir addım atacağı təqdirdə münaqişənin tərəfinə çevriləcəyini bildirib. Onun fikrincə, Ukrayna səmasında Rusiya raketlərinin vurulması münaqişənin daha da gərginləşməsinə səbəb olacaq.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm