Zəlzələ zamanı həkimlərin fədakarlığı: Xəstəni belə qorudular - ANBAAN VİDEO
Bizi izləyin

Dünya

Zəlzələ zamanı həkimlərin fədakarlığı: Xəstəni belə qorudular - ANBAAN VİDEO

Zəlzələ zamanı həkimlərin fədakarlığı: Xəstəni belə qorudular - ANBAAN VİDEO

Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ zamanı əməliyyat otağında qeydə alınan görüntülər gündəm olub.

Publika.az xəbər verir ki, güclü təkanlar zamanı əməliyyat aparan tibb işçiləri əməliyyat masasındakı xəstəni qorumaq üçün böyük fədakarlıq göstəriblər.

Sosial mediada yayılan görüntülərdə otaqdakı avadanlıqların şiddətlə yerindən tərpəndiyi, işçilərin isə tarazlığını itirərək yıxıldığı əks olunub.

Buna baxmayaraq, iki tibb işçisi xəstəni qorumaq üçün əməliyyat masasına söykənərək onun təhlükəsizliyini təmin edib. Təkanlar başa çatdıqdan sonra əməliyyat davam etdirilərək uğurla başa çatdırılıb.

Qeyd edək ki, Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində azı 38 nəfər ölüb, 3 851 tikiliyə ziyan dəyib, 181 bina isə tamamilə dağılıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm