“ChatGPT” istifadəçilərinə şad xəbər: Bu funksiya artıq limitsiz olacaq
Bizi izləyin

Dünya

“ChatGPT” istifadəçilərinə şad xəbər: Bu funksiya artıq limitsiz olacaq

“ChatGPT” istifadəçilərinə şad xəbər: Bu funksiya artıq limitsiz olacaq

“OpenAI” gələn həftədən etibarən “ChatGPT”nin “Free” və “Go” hesablarında yalnız mətn söhbətləri üçün tətbiq olunan istifadə limitini ləğv edəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Next Web” saytı məlumat yayıb.

Bildirilib ki, dəyişiklikdən sonra bu hesabların istifadəçiləri mətn əsaslı söhbətləri limitsiz apara biləcəklər. Lakin fayl və şəkil əlavə olunan sorğular, şəkil yaratma funksiyası və səs rejimi əvvəlki kimi ayrıca istifadə limitlərinə tabe olacaq.

Şirkət eyni zamanda “GPT-5.6 Luna” modelini “Free” və “Go” hesablarının yeni standart modeli kimi təqdim edəcək. Yeni model indiyədək standart olan “GPT-5.5 Instant” modelini əvəz edəcək.

Bundan başqa, “ChatGPT”yə "Think" düyməsi əlavə olunur. Bu funksiya aktiv edildikdə model cavab hazırlamaq üçün daha çox vaxt sərf edəcək. “Free” və “Go” istifadəçiləri bu imkandan yalnız mətn söhbətlərində limitsiz yararlana biləcəklər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm