Yaponiya səfiri XİN-ə çağırıldı, amma gəlmədi - Lavrov
Bizi izləyin

Dünya

Yaponiya səfiri XİN-ə çağırıldı, amma gəlmədi - Lavrov

Yaponiya səfiri XİN-ə çağırıldı, amma gəlmədi - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiyanın Vladimir Putinin Kuril adalarındakı İturup adasına səfəri ilə bağlı açıqlamalarını sərt tənqid edib.

Publika.az xəbər verir ki, Lavrov bildirib ki, Tokio “ədəb həddini keçib” və Rusiya prezidentinin ölkə ərazisinin istənilən hissəsinə səfər edə bilməyəcəyini söyləmək qəbuledilməzdir.

Bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfiri Akira Mutonu izahat üçün nazirliyə çağırıb. Lakin səfir avqustun 14-ü və 17-də görüşə gələ bilməyib.

Lavrov səfirin davranışının təəccüb doğurduğunu bildirərək, onun Rusiya qanunlarına hörmətlə yanaşaraq fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm