Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Bizi izləyin

Dünya

Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər

Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər

Türkiyənin Qara dənizdə Rusiya və Ukraynaya gedən ticarət gəmiləri üçün iki ayrı təhlükəsizlik dəhlizinin yaradılmasını təklif etdiyi bildirilir. Lakin Ankara bu təşəbbüsü hələlik rəsmi şəkildə təsdiqləməyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya və Avrasiya inteqrasiyası üzrə ekspert Vladimir Kireyev "Ura.ru"ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, söhbət Türkiyə hökumətinə yaxın mediada yayılan və ehtiyatla ortaya atılan təşəbbüsdən gedir. Ekspert hesab edir ki, məlumatın mənbəyi Türkiyədəki konkret hökumətyönlü nəşr olduğuna görə, bunun prezident Rəcəb Tayyib Ərdoğanın çevrəsindən gələn mesaj olması mümkündür.

Kireyev bu addımı “zondaj” adlandırıb. Onun fikrincə, Ankara bununla müxtəlif tərəflərin reaksiyasını öyrənməyə çalışır.

“Bu, vəziyyəti yoxlamaqdır. Məqsəd müxtəlif oyunçuların necə reaksiya verəcəyini görməkdir”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, təşəbbüs dəstək alarsa, Türkiyə rəsmiləri bununla bağlı rəsmi açıqlama verə bilər. Əks reaksiya yaranacağı təqdirdə isə Ankara bunun sadəcə jurnalist fikri olduğunu bildirəcək.

Qeyd edək ki, təklifə əsasən, Qara dənizdə Rusiya və Ukraynaya istiqamətlənən kommersiya gəmiləri üçün ayrı-ayrı təhlükəsiz marşrutların yaradılması nəzərdə tutulur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm