Belçikaya Rusiya ilə bağlı təzyiq: Aİ ölkələri Kiyevə görə ultimatum verdi
Bizi izləyin

Dünya

Belçikaya Rusiya ilə bağlı təzyiq: Aİ ölkələri Kiyevə görə ultimatum verdi

Belçikaya Rusiya ilə bağlı təzyiq: Aİ ölkələri Kiyevə görə ultimatum verdi

Almaniyanın rəhbərlik etdiyi bir qrup Avropa İttifaqı (Aİ) ölkəsi Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə qarşı çıxan Belçikaya təzyiq göstərir.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrə danışan adı açıqlanmayan diplomat bildirib ki, Belçika qarşısında iki seçim qoyulur: ya Ukraynaya dəstəyi Aİ büdcəsi hesabına maliyyələşdirmək, bununla da fermerlərə və regionlara ayrılan vəsaitləri azaltmaq, ya da Rusiya aktivlərindən istifadə etməklə milyardlarla avronu azad etmək.

Məsələ Aİ ölkələrinin Ukraynaya dondurulmuş Rusiya vəsaitləri ilə təminatlandırılacaq yeni kredit vermək planı fonunda gündəmə gəlib.

Belçika hökuməti isə mövqeyinin dəyişmədiyini bildirib. Rəsmi Brüssel gələcək məhkəmə prosesləri və Rusiya vəsaitlərinin geri qaytarılması ilə bağlı yarana biləcək risklərdən ehtiyat edir.

Qeyd edək ki, bundan əvvəl İspaniya, Polşa, Niderland və İsveç Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallası dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım üçün istifadə planını yenidən nəzərdən keçirməyə çağırıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm