Dünya
Muzeydə öldürülənlərin sayı 19-a çatdı - VİDEO\FOTO
Tunis parlamentinin yaxınlığında yerləşən Bardo Muzeyinə edilən hücumda ölənlərin sayı 19-a çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, onlardan 17-i turistdir.
Əsgər paltarları geyinərək parlamentə daxil olan üç silahlı ətrafa atəş açıb. Silahlılar bundan sonra Bardo Muzeyinə daxil olaraq buradakı insanları girov götürüb. Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində terrorçular öldürülüb.
Öldürülən turistlərin Polşa, İtaliya, Almaniya və İspaniya vətəndaşları olduğu bildirilir. Hücum zamanı muzeydə təxminən 200 ziyarətçi olub. Onlardan 160 nəfəri muzeyin arxa qapısından qaçsa da, digərləri girov götürülüb. BBC-nin məlumatına görə, hücum parlamentdə terrorla mübarizə qanununun müzakirə edildiyi vaxtda edilib.
Ötən ay Tunis xüsusi xidmət orqanları terror aktlarını planlaşdırmaqda ittiham olunan 32 nəfəri həbs edib. Saxlanılanların bir çoxunun Suriyada İŞİD terror təşkilatının sıralarında vuruşduğu deyilir. Muzeyə hücum edənlərin də keçmiş İŞİD-çilər olduğu ehtimal olunur.
Ömər Dağlı
-
İdman20:36Əfsanə geri dönür?
-
Sosial20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin120:12Qızları Rəvanın toyunda - VİDEO
-
Pul20:00Genişmiqyaslı əməliyyat: 8 milyard dollarlıq kriptovalyuta ələ keçirildi
-
Magazin119:00Rəvan Qarayevin toyundan ilk görüntülər - FOTO
-
Magazin218:24Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"
-
Sosial17:46İcra başçısı onu qınayanlara belə cavab verdi
-
Sağlamlıq16:51Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO














.jpg)






.jpg)













