Elm və təhsil
Bağçalar açılır? - Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi
Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir. Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir. Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir.
Bu mesajların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Publika.az-a verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:
"Bununla bağlı məktəbəqədər təhsil müəssisələri ilə əlaqə saxladıq. Bizim tərəfimizdən belə bir məlumat verilməyib. Uşaq bağçalarının yenidən fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar olmadığı üçün də bu məlumat əsassızdır. Ola bilər ki, bunu özəl bağçalar edib. Əgər belədirsə, onlar buna görə məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib.
Akqabay Mıradov
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO






































