Hadisə
Bu gecə “qanlı ay” görünəcək – Dünyanın sonu yaxınlaşır?
Sentyabrın 28-də dünya nəhəng “qanlı ay”ı müşahidə edəcək.
Publika.az xarici KİV-ə istinadən məlumat verir ki, bu gecə Bakı vaxtı ilə təxminən 06:10 radələrində Yer kürəsinin əksər sakinləri göy üzündə qəribə və nadir hadisənin şahidi olacaqlar.
Bu, 14 gecəlik ayla ay tutulmasının eyni vaxta təsadüf etməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, bu hadisə çox nadir hallarda baş verir.
Yer kürəsinin kölgəsi qırmızımtıl çalara malik olduğundan ayın da əksi yerlə ahəng təşkil edəcək. Elə “qanlı ay” ifadəsi də adını burdan götürüb.
Hazırda ay Yer kürəsinə çox yaxın olan orbitə yaxınlaşır. Bu səbəbdən də göy cisminin ölçüsü adət etdiyimizdən çox-çox nəhəng olacaq. Bu, super ay adlanır.
İki hadisənin üst-üstə düşməsi nisbətən nadir rast gəlinən hadisələrdəndir. Sonuncu dəfə bu cür astronomik hadisə 1982-ci ildə müşahidə edilib. Növbəti dəfə isə 2033-cü ildə olacağı gözlənilir.
Sevinc
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13 May 16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq13 May 16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial13 May 14:00Onlara yüksək vəzifə verildi












.jpg)






.jpg)








.jpg)







.jpg)

