İdman
"Qarabağ"ın oyununda bir dəqiqəlik sükut olacaq
UEFA-nın bayrağı altında bu həftə keçiriləcək avrokubok oyunlarından əvvəl İspaniyada daşqın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Bu həftə UEFA-nın klub yarışlarında bütün oyunlar Valensiyada ölümcül daşqın qurbanlarının, regionda və ondan kənarda zərər çəkənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”, - deyə UEFA-nın bəyanatında bildirilir.
İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində 200-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.
Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu həftə Avropa Liqasının Əsas mərhələsinin 4-cü turunda səfərdə “Bodo Qlimt”lə (Norveç) qarşılaşacaq. Noyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Heybət
-
Sosial20:00Bakıda 14 yaşlı qız ANA OLDU - DİN araşdırma aparır
-
Nida Xəbər 19:24Əli Abbasov deputat mandatından məhrum edildi
-
Sosial19:00Paytaxtın bu ərazilərində QAZ KƏSİLƏCK
-
Avropa18:50Xanım mer şəhər şurasının KATİBİNİ DÖYDÜ - Sağlamlığına ciddi ziyan dəyib
-
Sosial18:40Dostlar arasında böyrək davası - “Qardaş kimi ciyərimi də verərəm”
-
Nəqliyyat18:20Bakıda doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək
-
Dünya18:00Putinin sağlam qidalanma sirri - Hər səhər bunu yeyirmiş
-
Sosial17:40Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi



























.jpg)






