İdman
Alovlu derbi: Fişəng atəşi, yandırılan tribuna və... - FOTO/VİDEO
Serbiya çempionatının 24-cü turunda “Srvena Zvezda” ilə “Partizan” arasında keçirilən matç tribunlarda kütləvi iğtişaşlarla yekunlaşıb.
Publika.az xəbər verir ki, derbi Belqraddakı Rayko Mitiç stadionunda keçirilib.
Matç 56-cı dəqiqədə dayandırılıb, çünki “Partizan” azarkeşlərinin sektoru alovlanıb. Fanatlar oturacaqları yandırıblar və bu, hakimi oyunu müvəqqəti dayandırmağa məcbur edib. Yanğınsöndürənlər hadisəyə tez müdaxilə edərək alovu söndürüblər və oyun 8 dəqiqə sonra bərpa olunub.

Ev sahibi komanda inamlı qələbə qazanıb - 3:0. Lakin son fitdən sonra vəziyyət gərginləşib. “Srvena Zvezda” azarkeşləri qonaq sektoruna fişənglər atmağa başlayıblar, buna görə də “Partizan” futbolçuları polis dəstələrinin müşayiəti ilə meydanı tərk etməli olublar.
Bu qələbə “Srvena Zvezda”ya “Partizan” ilə aradakı xal fərqini 4-ə çatdırmağa və Serbiya Superliqasında liderliyini möhkəmləndirməyə imkan verib.
Heybət


-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT
-
Rəsmi xronika14:08Prezident dəyişikliyi imzaladı: Azərbaycanda...
-
Avropa13:34"Epşteyn işi" kral ailəsində qalmaqal yaratdı: 20 illik uçuş sirri yoxa çıxıb
-
Magazin112:22Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar
-
Rəsmi xronika11:34Prezident onları təltif etdi - SİYAHI
-
Rəsmi xronika11:27İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi






































