İdman
ÇL: "Nyukasl" sürpriz axtarışında, "Qalatasaray" isə...
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, sonuncu oyun günündə cavab görüşləri çərçivəsində 4 qarşılaşma baş tutacaq.
İlk oyun İspaniyada keçiriləcək. Pley-offda Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Nyukasl" "Barselona"nın qonağı olacaq. İlk görüşdə qələbəni sonuncu dəqiqədə əldən verən "sağsağanlar" sürprizə imza atmağı hədəfləyirlər.
Türkiyə təmsilçisi "Qalatasaray" isə İngiltərədə "Liverpul"un qonağı olacaq. İlk matçda minimal hesabla qalib gələn İstanbul klubu səfərdə üstünlüyünü qorumağı hədəfləyir.
"Dumanlı albion"da daha bir ÇL matçı olacaq. Londonda "Tottenhem" "Atletiko"nu qəbul edəcək. Tarixinin ən pis günlərini yaşayana "mahmızlar"ın səfərdəki 2:5 hesablı məğlubiyyətdən sonra geridönüş edəcəyi real görünmür.
"Atalanta" da Almaniya səfərinə eyni əhvalla yollanıb. İtaliyada "Bayern"ə 1:6 hesabı ilə məğlub olan berqamoluların mərhələdə adlama şansı demək olar qalmayıb.
UEFA Çempionlar Liqası: 1/8 final, cavab oyunları
18 mart
21:45 Barselona - Nyukasl (ilk oyun 1:1)
00:00 Liverpul - Qalatasaray (0:1)
00:00 Tottenhem - Atletiko (2:5)
00:00 Bayern - Atalanta (6:1)
Heybət
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu




























.png)


.jpg)




