İdman
DÇ-də 1/8 final başlayır
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Publika.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/16 finalın son oyunundan sonra aydınlıq gəlib.
Beləliklə, bu gün dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək. Mərhələnin ilk görüşündə meydan sahiblərindən Kanada Mərakeşlə üz-üzə gələcək.
Matç saat 21:00-da başlayacaq. Mərhələnin digər görüşü isə gecə saat 01:00-da baş tutacaq. Fransa Paraqvayla münasibətlərə aydınlıq gətirəcək.
DÇ-2026 1/8 final
4 iyul 21:00. Kanada - Mərakeş
5 iyul 01:00. Paraqvay - Fransa
Bu mərhələdə baş tutacaq digər qarşılaşmalar isə belədir:
6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya – İspaniya
7 iyul
04:00. ABŞ – Belçika
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı 19 iyul tarixində başa çatacaq.
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu



































.png)



