İdman
Messidən yeni rekordlar
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində 30 oyuna çıxan ilk futbolçu kimi rekord müəyyənləşdirib.
Publika.az xəbər verir ki, 39 yaşlı hücumçu bu göstəriciyə dünya çempionatının 1/8 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyuna start heyətində çıxmaqla nail olub.
O, həmçinin futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub. Təcrübəli hücumçu bu göstərici ilə 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub.
Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyunda məhsuldar ötürmə müəllifi olub. Bununla da onun dünya çempionatlarının final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza yüksəlib.
Dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.
Messi həm də mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər.
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu



































.png)



