O, meydanda liderdir - Xavi kimi deyir?
Bizi izləyin

İdman

O, meydanda liderdir - Xavi kimi deyir?

O, meydanda liderdir - Xavi kimi deyir?

Barselona”nın keçmiş məşqçisi və oyunçusu Xavi Kataloniya komandasının və İspaniya millisinin 18 yaşlı cinah oyunçusu Lamin Yamal haqqında danışıb.

Publika.az xəbər verir ki, “The Athletic” Xavinin sözlərini sitat gətirib:

“Lamin Yamal adını eşidəndə üzümə təbəssüm gəlir, çünki onun inkişafını 15 yaşından, demək olar ki, uşaqlıqdan izləyirəm və ona “Barselona”da debüt şansı vermişik. Laminin uğurunu görməkdən böyük sevinc hissi keçirirəm.

Bəzən onun cəmi 18 yaşı olduğunu unuduruq və bəlkə də ondan çox şey tələb edirik, amma o qədər bacarıqlıdır – meydanda çox şey edə bilir – oyuna təsiri artıb. Komanda yoldaşları onu daha tez-tez axtarırlar. Matçın müxtəlif məqamlarında problem yarandıqda, top Laminə keçir.

O, meydanda liderdir və 18 yaşında oyunun gedişatını dəyişdirə bilir – bunu yalnız Lionel Messi, Dieqo Maradona , Pele və bəlkə də Ronaldoda gördük. 18 yaşında o, artıq üç La Liqa titulunu, bir Avropa çempionluğunu qazanıb. Əgər onun ambisiyası, həvəsi və qətiyyəti gözləntiləri doğrultsa, o, bir dövrün ulduzuna çevrilə bilər. Qarşımızda öz nəslinin ən yaxşı oyunçusu ola biləcək dünya səviyyəli bir ulduz görürük.

O, artıq ən yaxşısı deyilsə də, öz nəslinin ən yaxşı beşliyindən ən azı biridir.

Amma mənim üçün o, fərqlidir. Əgər Lamin bunu istəyirsə, növbəti 15-20 il ona məxsusdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm