Köşə
Səndən daha günəş, səndən daha dəniz...
Leyla Sarabi
(Essevari)
Biz səninlə qızmar yayda görüşsəydik, ovucuna günəşdən də sarı, dənizdən də mavi, yamyaş, qaynar ürək qoyardım. Bu dünyada səndən daha günəş, səndən daha dəniz heç kim olmazdı.
Yox, biz susqun payız gecəsində rastlaşlaydıq, sən xəzana baxıb küsmə deyə, yaşıldan da yaşıl yarpaq olardım. Anam torpaq, atam ağac yalvarsa da, solub yerə qonmazdım. Min budağın arasında tənha qalıb, büzüşsəm də, buludların turş suyunda hər gün çimib, üşüsəm də, baxışların ümid kimi məni sarsın deyə, gülə-gülə gözlərinə baxardım. Bu dünyada səndən tamam, bizdən bütöv daha heç kim olmazdı.
Bəlkə sənlə bəyaz qışda görüşərdik. Sazaq yanağında qıpqırmızı iz qoyardı. Sən donmuş əllərini, şaxta vurmuş dodağını isitməyə ocaq axtaranda, ilk qar dənəsinə dönüb kirpiyində əriyərdim. Yanağında gəzə-gəzə, ürəyini isitdikcə ilk qar görən bəxtəvərə dönərdin. Kainatda sən tək naxış bir də heç kim olmazdı.
Mən səninlə yaz gələndə görüşsəydim, 1 kəpənək ömrünü 100 ilədək uzadardım. Səni sevmək üçün ilk baharı bütöv təqvimə sığdırardım. Hər gün çiçək, hər ay çəmən, əzizim. Səndən sonsuz daha heç kim olmazdı.
Biz ki, bomboz Bakı mussonunda görüşdük. Külək qovub buludlara yolladı, bulud bizi ayrı-ayrı səhralara ağladı. Bizdən yaxın, bizdən uzaq daha heç kim qalmadı.
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi





































