Köşə
Ən dərindən yananım ən böyük yalanımdır
Leyla Sarabi
Bu dünyanın ilk həsrəti süd dadır. Heç görmüsən süddən kəsilmiş bəbələrin yerə göyə sığmayan əzabını? Kainat ana olub gəlsə də, o düyməcik gözlərdən çıxan qəddar alovu söndürmək olmur. Ruhunu çıxardıb bir tikəlik ovucuna qoysan da qara boşluq dolmur. İstəyirsən dua üfür, zəm-zəm tök boğazına, bir qurtumluq süd qədər müqəddəs dadmır.
Bu, elə fəryaddır ki, zaman yuyub aparmasa, ağzında dadı çürüyüb pas atmasa, ciyərin lap dibindən nəfəs almaq alınmır. Verdiyin bütün südü gözündən qusur uşaq. Ona görə sonralar qarğışın tutmur onu, haramı olmur südün. Vaxtikən hər damlası halal-halal axıb, tükənib bədənindən.
Hər körpənin ilk ayrılıq hekayəsini anası yazır. Məsələn, məni anam vertolyotla aldadıb. “Bir də sənə süd versəm, ikimizdən birini aparacaq uzağa". O, mənim süd qoxumu süd qorxuma çevirib. Sən ki mənə süd versən də, verməsən də, uzaqlara uçacaqsan, anacan. Demək mənim ən dərindən yananım ən böyük yalanımdır.
Sənin anan hansı günaha batıb? Başqa vaxtı əmziyinə bal qatan mələyin iyrən deyə zəhər ilə yandırıbmı dilini?
Bir gün ölüb, yanıq süd iyi bürüyüb canını... Bal kimi ağız dadını acı bibərə döndərib burnunun lap ucunda gizlədib. Ona görə hər anana acanda burun ucun göynəyir.
Həsrətinin süd ətrini ömrün boyu hər eşqdə axtarırsan. Çürük çıxır, yalan dadır hamısı...
Ürək döyüntülərində səni bəsləyən qadın vaxt çatanda südündən ayırırsa, dünyanın ana boyda sevgisinə ümid olma.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ




































.jpg)