Köşə
Yoxluğun sevindirir, anacan!
Leyla Sarabi
İncimə! Sən gedəndə “elə sevgi verib ki, hələ 100 il bələnsəm də şəfəqləri buz bağlamaz”, demişdim. Düz bir ilə ac qurd kimi basıb yedim hamısın. Bəh-bəh deyib çeynəmədən udduğum ana boyda məhəbbətin nə dişimə, nə mədəmə düşmədi. Əvvəlcə dişlərim qum kimi ovulub ciyərimə töküldü. Sonra mədəmi parça-parça qusub tökdüm səndən qalan sür-sümüyün üstünə...
İncimə! Sən gedən gün söz vermişdim özümə. Ömrüm səni axtarmaqla keçəcək. Əmin idim, göyə uçsan, Allah mütləq bir gün səndən bezəcək. Onu hər gün tərlədəcək günəş boyda qucağın. Görəcək ki, bir öpüşün göndərdiyi min əzaba dəvaymış. Həvva kimi qovub səni yer üzünə atacaq. Sən torpağa ayaq basan həmin gün gözlərimə körpə nuru dolacaq. Sən gedəndən, gözüm mənfi dörd dərəcə soyuyub. Kirpiklərim üşüyür.
Yer soyuqdu, özünü qoy qar yerinə, göyündə qal, anacan.
İncimə! Yoxluğun sevindirir bir azca... İndi geri qayıtsan da, danışmağa kitab-kitab dərd yığılıb, mövzu yox. Eşidirsən? Ovucuma bərk-bərk basdırdığın düyməciyin atdı özün qurbağanın ağzına. Qızın ömrünü, körpə tumdan böyütdüyü, budaqları quruyanda, göz yaşında əritdiyi ərik ağacına bağışladı, anacan!
Bağışla, anacan, ərik bu gün çiçək açdı, evimizdə qızın soldu, qayıtma!
İncimə! Getdiyinçün yetim canla səndən acıq çıxıram. Bilirsən də, arsız olur yetimlər. Hər zəfərdən məğlub çıxır yetimlər. Ona görə mən özümlə hər savaşı 1000:1 ölüm hesabı ilə sənin xeyrinə uduzuram. Sənsizliyin sənsizliyi pıçıldayır hər səhər - Bu dünyanın puçluğundan savayı hər nə varsa dünya boyda bir puçdu.
-
Dünya07:357,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı


























.jpg)








