Köşə
Sevgilim, yetər ki, sən üzümə baxmaqdan qorxma!
Leyla Sarabi
Mən xərçəngəm, ay adam. İçimdə hər axan gecə körpə bir şiş çiçək açır. Mən qanımla bəslədikcə damarıma sarmaşır.
Sən bilirsən... Ən yaxşı sən bilirsən, mən sevgiyəm. Ölümü də incitməyə əlim gəlmir. Böyüdürəm səhər-axşam daşdan ağır ağrılar.
Bəlkə bir gün sənə səndən insan boyda sevgi doğardım. Uşağının içimdəki yuvasını şiş basmışdı. Tikə-tikə qopardılar. Qopardılar, tikdilər.
Bəlkə bir gün bir uşağı alıb mənə gələrdin. Doğammadın, heç olmasa südün sən ver, deyərdin. Siz yoldaykən uşağının süd yolunu şişlər kəsdi. Kəsə-kəsə südümü də qurutdular.
Sinəmdəki tikiş yerin yenə xeyirə caladım. Ürəyimdən yaraları axıdıblar bəlkə də. Üstünə də naşı dərzi qızıl sapla tikiş atıb, paslanmasın, qırılmasın bir daha.
Sevgilim, mənim indi bürcüm, ilim, ayım, günüm xərçəngdi.
Bundan sonra torpaq altda keçən bütün ömrüm xərçəngdi.
Bu bədənsiz bədənimdə mənim artıq cinsim belə xərçəngdi.
Bilirsən, indi dərimin hər məsaməsindən iti tilov salıb xərçəng tutur həkimlər. İndi ən böyük okean mənim quru canımdır. İçimə doluşan xərçənglər can verdikcə saçım özün yolub xəstəxana palatasına yayılır. Kirpiklərim mismar kimi gözlərimdən qopduqca, vahiməli baxışların yerinə qaynar dağ basır.
Sevgilim, istəyirsən, mənə quru cəsəd de, xərçəngin əritdiyi meyit de. Sözlərindən qorxmuram. Yetər ki, sən üzümə baxmaqdan qorxma.
Bəlkə sənə uşaq doğa bilmirəm. Amma hər gün içimdə sən doğulursan. Bəlkə bomboş sinəmə toxunmaqdan qorxursan, amma sənlə dolan ürəyimə indi daha yaxınsan.
Bəlkə bir gün, əzizim... bəlkə bir gün nəm kirpiklərimi saçlarımla siləcəm.
Səni atılmış uşaqların yerinə də sevəcəm. Dünyanın hər ucuna axan süd yolunu ayağına sərəcəm.
Amma bu gün mən xərçəngəm, ay adam...
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)






_(1).jpg)











