Köşə
Olbraytın cəhənnəminin xüsusi KÖŞƏSİ
Leyla Sarabi
İllərdir özümdə elmi, tibbi əsası olmayan qəribə inanc formalaşdırmışam. Virusla yayılan xəstəliklərə qarşı mənəvi immunitetimə, mədəmdə yuva quran qutu-qutu şokoladın da buxarlanıb xoş enerjiyə çevrildiyinə adım kimi əminəm. Lap Hürrəmin tacı da nəfəsimə toxunsa, xəstəliyə yoluxmaram, şirniyyatdan aldığım kalorilər rəngli kəpənəyə dönüb vücudumu qanadlandırar.
Amma mən qadının gücünə daha şiddətlə inanıram. Broşlar kraliçası Olbrayt bu dünyada həmcinslərinə yardım etməyən qadınlar üçün cəhənnəmin xüsusi köşəsinin olduğuna əmin idi.
Təəssüf... bədxassəli enerjini ruhumdan qovan eşq peyvəndim son hadisələrə reaksiya verən qadınlarımızın cəngəllik savaşının qəlpələrindən darmadağın olub.
Elə bu didişmənin içində çox gözəl xəbər çıxdı önümə. Hərarəti 40-dan sarmaşıb qalan körpənin sovet cizgisinə baxması kimi qüsullanmış duyğudur bu.
Alimlər möhür vurublar ki, intellekti yüksək olan insan mütləq yaxşılıq edir. Çünki yüksək IQ bütün çakralarını səndən mərhəmət, nəvaziş gözləyənlərin növbəyə düzüldüyünü dərk etdirəcək qədər taybatay açır.
Bir buket qadın yaşadığı cəmiyyətin demokratiya, azadlıq ünsürlərinə güvənib, ləçəklərini küçələrə səpələyib. Digər bahalı qara qızıl güllərsə tikanlarını batırmağa barmaq axtarır. Və bütün bu qanlı savaş vagina azadlığının müxtəlif aspektlərindən təhlili uğrundadır.
Çünki bu cəmiyyətdə bir qadından toy gecəsinədək toxunulmamış vagina tələb edən də digər qadındır. Çünki bu toplumun oğlunun konstitusiyasını elə bələkdəykən əlindən alıb qızının boynuna yükləyən də mənim anam, sənin xalandır. Önümüzdəki kişiyə bir stəkan çay süzdürə bilməməyin gücsüzlüyünü yumruğumuza toplayıb, azad nəfəs almaq istəyən həmvaginalarımızın belinə yumruq vururuq.
İnandığınız o müqəddəs qüvvə üzümüzə baxıb ki, ömrümüz kişilərin palçığında çabalamaqla keçir. Yoxsa postamazonkalar bir-birini dönər şişinə keçirib qovurardılar.
Yer üzündə yaşayan, yaşlanan, büdrəyən heç bir qadını qınamaq haqqım olmadığını düşünürəm. Çünki yanlışlarımın siyahısını tutsam, boyumdan uzun gələr. Başımı öz qüsurlarımı dənləmək üçün aşağı salmışam.
Feminist filan da deyiləm, bu çox dərin anlayışdır. Üzərimə götürmək istəmədiyim böyük məsuliyyəti var, amma mən qadının tükənməyən gücünə inanıram, təslim olub, cəhalətə sürüklənməyini istəmirəm. Anam xəstə ikən vücudunun dözülməz ağrıları gözünə çöksə də, dodağına qondurduğu təbəssümü itirmirdi. Çünki o, qadın idi. Qadın isə güc deməkdir.
Bəs əslində feminizm nədir?
Sözün kökü “femina” latın dilində qadın deməkdir. Feminizm termini publisistikada ilk dəfə XIX əsrin sonlarında yaranıb. Elə o vaxtdan “kişilik” anlayışı ilə yanaşı, “femminlik” də istifadə edilməyə başlanıb. XX əsrin əvvəllərində bu cərəyan daha geniş vüsət alaraq öz seçki hüquqlarını tələb edən qadınlara aid olunmağa başlanıb. Avropa qadını var gücünü öz seçki hüquqları uğrunda mübarizəyə həsr edib. Məsələn, İtaliya öz qadınına səsvermə hüququnu 1948, Fransa isə 1951-ci ildə verib. Azərbaycan xanımı isə bildiyimiz kimi, 1918-ci ildən bəri səsvermə hüququndan yararlanır. Maraqlı təzad... Demək ki, Avropanın mərkəzində qadınlar özlərini sübut etmək üçün mübarizə apararkən, Azərbaycan xanımı artıq cəmiyyətdə layiqli yerini tuturdu. Hətta yaxınlarda bir fakt oxudum - günü bu gün qadınları ən çox zorakılığa məruz qalan ölkələr siyahısında ilk sıralarda İsveçin də adı var. Tənbəllik eləməyib, bir neçə isveçli xanımla əlaqə saxladım. Hamısı da faktı təsdiqlədi. Yəni cinsi bərabərliyi elə kağız üzərində qalan Avropada hələ də qadınlar təcavüzə uğrayır.
Feminizmin ilk cizgiləri əslində gedib qədim dövrə çıxır. Antik yunan alimi Platon “Dövlət” əsərində kişilərlə yanaşı, qadınların da hakimiyyətə gəlməyində bir qüsur görmürdü. Düşünürdü ki, qadın kifayət gədər müdrik və savadlıdırsa, demək hüquqları da kişi ilə bərabər olmalıdır.
Planetin ilk feminist qadını, kişilərin qatı düşməni XVIII əsrdə yaşamış Meri Yostonkraft sayılır. Meri qadınların azadlığını təbliğ edən çoxsaylı əsərlərin müəllifidir. Ən qalmaqallı fikri isə “Qadınlar öz talelərilə bağlı sərbəst qərar verə bilərlər” olmuşdu. Buna görə xanım Yonstonkraft dəfələrlə təzyiqlərə məruz qalmışdı.
Feministlərin ikinci dalğası sahilə daha sərt çırpıldı. XX əsrin ortalarında səsvermə hüququ qazanan qadınlar indi də siyasətdə yaxından iştirak etmək istəklərini dilə gətirir, bununla da kifayətlənməyib, nümayişlərə çıxırdılar.
Beləcə zaman öz axarı ilə ötüb keçir, təqvimin yarpaqları xəzan yeli kimi yerə səpələnir, amma qadın hələ də cəmiyyətdə özünü sübut etməyə çalışır. Hətta hürr həyatına həsədlə baxdığımız Avropa qadınına belə, kişilər- “dirijor olmaq sənin işin deyil” - deyib, özgüvənini sarsıdır.
Dedim axı boyumu aşan dəryanın dibinə baş vurmaq deyil niyyətim. Tək istəyim, hər birimizin gözündə bir az gücdən, bir az eşqdən, lap bir damcı da olsa, zəkadan alovlanan o işığı görməkdir. Bundan özümüzü məhrum etməyək. Tək sözü ilə zamanı durduran qadın, axı sən özünü tapmadan, gözəlliklər gəlib səni tapmayacaq. Olbraytın cəhənnəmindən qorunmaq hələ də gec deyil.
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ