Köşə
Təkcə onu xoşbəxt etmək istəyi...
Leyla sarabi
Oyuncaqların cingiltisindən bezib, göydən düşən almaları yerbəyer edəndən sonra həyatın sükut dövrü başlayır.
“Mən bacarıram”, “mən istəyirəm”, “mən bilirəm”lərdən, “mən mənə bəs edirəm” epoxasına keçirsən. Keçmişinin hər saniyəsi ilə barışıb, sandıqda gizlətdiyin utanclarını günəşin altına sərirsən. Zamanın çarxından enib, ətalətin episentrinə çevrilirsən. Gül-çiçəkli ətəklərini ipək mavi libasın, bər-bəzəyini gözündəki parıltı əvəzləyir.
Bütün zamanlarla uzlaşıb, ayaq basmadığın məkanların sakininə çevrildiyin o məqamda aşiq olmaq nə səni, nə də qarşı tərəfi yorur. Biləyinə öhdəlik qandalı bağlamadan, ürəyini möhürləmədən, heç onun da xəbəri olmadan, göyün hər qatına nüfuz edirsən. İçindəki xəzinəni düşünmədən, əvəzində qum dənəsi ummadan, onun yoluna səpirsən. Uzaqdan qulağına pıçıldanan xoş sözdən, yanağında əriyən qar dənəsindən mədən doyur, gözün gülür.
Bəlkə də hər şey kimi sevginin də ən məşum dərəcəsi gözəldir. Qulağımızı batırıb, gözümüzdə tikan bitirən etiraf bağırtılarından uzaq, təkcə əllərin danışdığı susqunluqda təkcə onu xoşbəxt etmək istəyi... Ona görə müdrikləşmək, oxumadığın kitabların səhifələrinə köçmək, ona toxunacaq qədər qarış-qarış böyümək cəhdi...
Mən eşqi qadının ən çox da bu dövrünə yaraşdırıram.
Mən qadını ən çox da sevginin bu halında sevirəm.
Əlinin sığalından dünyaya dam quran, günəşin enerjisindən yoğrulub, möcüzəsinin fərqinə varan, tərs dünyanın düzənində ayaqyalın gəzə bilən həmin qadın.
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?





















.jpg)













.jpg)

