Köşə
Üzümə tüstü üfürən günəş adamlar
Leyla Sarabi
Bilmədiyin yollarda, tanımadığın küçələrdə gəzirəm səninlə. Buludlara bürünmüş kilsələrin, divarları rütubət qoxan evlərin arasından keçib, üzümə tüstü üfürən günəş adamların içində boğuram ikimizi.
Əslində, şəhərlərin canlı orqanizm olduğuna inanıram. Bəzilərinin taleyinə bomboz libas biçir Allah. Yas paltarını cırıb, nəfəs almağı da çox görür. Göz qırpımı keçir, yenə şimşək, yenə hüzn, yenə daşları yaş küçələr.
Belə şəhərlərin tək ümidi özünə qalır. Göy qurşağına rənglədiyi qutu evlər, saçından, kirpiyindən günəş daman insanlar yaradır özünə. Yetmir. Süni gülüşlər çəkir üzlərinə. Küçələrinə bir az kofe səpir. Addımlarını ümidlə bəzəyir. Yorğun, saxta gülüşləri tütünə bulaşmış kofein qoxan günəş zərrələrinin arasında nəfəs daralır.
Belə şəhərlərin missiyası mövsümlərin acığına hər il özünü bahar saxlamaqdır. Belə şəhərlər 24 saat yaradanın özünə inad can çəkişir, ruhunun sığalını əskik etmir. Qanadlarını sevgisiylə bəsləyir.
Belə şəhərlərin tək qorxusu olur. Səmasını çılpaq qoyub, bədənini qovuran günəş. Düzənini alt-üst edən sonsuz qaynar enerji. Məsuliyyətini əlindən alıb, içinə doluşan sarı qarışqalarının gözünü qamaşdıran xoşbəxtlik hormonları. Bir yandan da durğunluğun verdiyi rahatlıq yükü hürküdür. Gözünü yumsa, 1000 ilin yuxusuzluğunda azacaq. Yanağına batan işığın şəkil dəyişmə xofu, dərin yuxu həzzi.
“Doldur xurcuna dərdini, ver, daşıyım” cümləsindən qaçır şəhər. Küçələrinin düzənini bir nöqtədə düyünləməkdən qorxur. Təslim olsa, yasaq eşqin xəfif rahatlığını çeynəyəndən sonra yerdəki qırıntılara baxa-baxa hıçqıracaq.
Və yenidən sübhün işığı şiş olub gözünü qanadacaq.
Və təzədən beşiyinə səhv girib, əlifbasını yanlış əzbərlədiyin həyatla əlbəyaxa qalacaqsan.
Buludlara bürünmüş kilsələrin, divarları rütubət qoxan evlərin arasından keçib, üzünə tüstü üfürən günəş adamlar boğacaq içindəki meqapolisi.
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































