Köşə
Sevginin, eşqin, ehtirasın təzahürü
Leyla Sarabi
Ünvanıma tənqid qəbul etmirəm. Ünsiyyətin ən zərifindən, münasibətin xəfifindən yanayam.
Ona görə yox ki, səhvlərimi rəndələyib, hər gün qabıq dəyişmək istəmirəm. Ən çox da qüsurlarımın fərqindəyəm. Yəni tərəziyə qoysaq, qarşı tərəfdən çox didirəm ətimi. Hər gecə yastığıma daş dolduracaq bəhanələr tapıram. Beynimdəki qoşunun hücumundan sonra yaralarımın üstünü elə həmin daşlarla bağlayıb, mışıl-mışıl yatmağı da bacarıram.
Bəlkə də bu səbəbdən kənar müdaxilənin xaotik düzənimə mane olacağından qorxuram.
Bir məqam da var ki, insan təbiətinə xas duyğularına cəmiyyətin sintetik tələbinə uyğun yön verməli deyil.
Bir məqam da var ki, istər qorxu, qüsur, istər nəfs, istərsə də digər qara torbada gizlədib, özümüzlə gəzdirdiyimiz duyğular sevginin, eşqin, ehtirasın təzahürüdür. İstəyirsiniz, adına nəfs deməyin, kəpənək, yarpaq, quş deyin... Klassik ədəbiyyatımızın ən parlaq misrasında da olduğu kimi "quşumuz zövq almadığı nəyəsə yaxud kiməsə qonmur".
Mənə görə xəmiri sevgidən yoğrulan heç bir duyğu utanc mənbəyi deyil. Çox vaxt nifrətin özünü də zorlanmış məhəbbət ana doğur. İnsan imtina etdiyi kimsəyə nifrətlə baxmaz. Nifrətin öldüyü yerdə quru keçmiş doğulur. Məsələn, siz küçədən keçən yad adamlara nifrət bəsləməzsiniz. Çünki onu sevməmisiniz, gözləntiləriniz olmayıb. Ümidlərinizi Rumi həqiqəti kmi göydən yerə çırpmayıb.
Mənə görə, ağıllı insan (nisbidir) duyğularını inkar etməməlidir, övladları kimi hər birinin fərqində olmalıdır. Nəfsiniz ətrafı yandırıb kül edəcək qədər böyük deyilsə, utanmayın. Hər halda körpə qızınız mağazadan saqqız oğurladı deyə ondan imtina etməzsiniz və böyüyüb hansısa halal süd əmmiş çarəsiz uşağın səltənətinə göz dikməyini istəməzsiniz. Əvəzində olmazların limitini anladarsınız.
Özünüzlə harmoniyanı tapmaq üçün öncə duyğularınızı necə varsa, elə də qəbul edin. Nəfsə də şokoladdan, quzu kababından imtina, yaxud bir ay ərzində gün doğandan gün batanadək ac qalmaq (illərlə hava ilə dolanan bretarianlar var) kimi, bəsit don geyindirməyin. Nəfsi tarazlamaq acı həzzdir. Diri-diri ölmədiyimizin sübutudur. Nəfsi tükənmiş insan sümük və əzələ yığınıdır və heç vaxt mükəmməlləşə bilməz.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















