Köşə
Bəhlulzadənin dərviş barmaqlarından Stiv Cobsun qara t-şörtünə
Leyla Sarabi
Bəzən bədən fizikanın bütün qanunlarını alt-üst edir. İçkidən uzaqda meyxoş çəkisizliyi duyursan. Barmaq uclarından mədəndəki kəpənəklərə qədər fəza rahatlığı tapırsan. Meditasiyasız, nərdivansız nirvananın yuvasına qonursan. Hindistanlı Qurunun da mənə dediyi kimi - ən çox sevdiyin dondurmanı dünyanın ən doğma küçəsində gəzişərək yeməyə bənzər rahatlıq.
Əminsən, bu an bir də yaşanmayacaq. Ümid edirsən, hələ bir az da sağ qalım, sağına-soluna yeni küçələrin ayağına sarmaşım.
Uşaq vaxtı hamımızı qorxudan ayin olur. Paltarını tərsinə geyinmə, işin düz getməz kimi ikiüzlü yalanlar...
İllər boyu bu aksiomu tərs geyindiyin ayaqqabınla dümdüz yollarda səhv çıxardıqca, qram-qram böyüyürsən.
Həyatı əyninə tərs geyinib yad küçələrdə gözübağlı gəzdikcə, yıxıldıqca-durduqca, kiminin günahına batıb, kimlərinsə savabında çimdikcə heç nə əvvəlki mahiyyətində qalmır.
Nə yaxşı, tərs üzünü də gördüm, yoxsa düzəlməzdim, deyirsən. Acı sözdən incimədən, bağırmadan yan durursan.
Bir vaxtlar oxumuşdum, Hollivud ulduzları daha çox parladıqca ehtiyac siyahıları da kiçilir. Həyatın hər üzündən özünə don biçdikcə, içindəki evin böyüdükcə məişətdə minimallaşırsan. Çəlləkdə yaşayan Diogeni də, Səttar Bəhlulzadənin dərviş barmaqlarını da, Stiv Cobsun qara t-şörtünü də daha çox sevməyə başlayırsan.
Şərtin, lozunqun, cəmi bir cümləyə sığır: "İstəyən getsin, getməyən istəsin".
Amma çox istəsin. Elə çox ki, bir gün səbəbsiz incitsəm, yarasını sildiyimi xatırlayıb qalsın. Məndən yaxşısı gəlsə, kafi ilə doymağı bacarsın.
Dondurma yediyin yollarda doğmam dediklərini səssiz-səmirsiz azdırır həyat.
Elə çox əridir, ələyir ki, qızıl daxmana çatanda ancaq sevgisi ilə divarlarını isidənlər qalır. Əsas lampaların sayı deyil ki... Ocağın istisidir.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















