Maraq dünyası
Dünyada İLK: Meymun klonlaşdırıldı - - FOTO/VİDEO
Çinin elmlər akademiyasında çalışan bir qrup molekulyar bioloqlar tarixdə ilk dəfə olaraq bir meymunun iki eyni klonunu yaradıblar.
Publika.az xəbər verir ki, meymunların klonlaşdırılmasında daha əvvəl Dolli adlı qoyunun klonlaşdırıldığı metoddan istifadə edilib. Bu metodika elm üçün daha yeni imkanlar yaradır. Yava Makaka cinsindən olan klonlaşdırılmış meymunları çinlilər milli adlardan olan Çjunçjun və Xuaxu adlandırıblar. Alimlər tam identik gen toplumu primatları yetişdirə biləcəklərini qeyd edir. Alimlər sadəcə DNT-nin bir sahəsini dəyişərək bu nəticəni əldə ediblər.
Alimlərin dediyinə görə, klonlaşdırılmış Çjunçjun və Xuaxu adlı, müvafiq olaraq 8 və 6 ay əvvəl surroqat ana meymunlar dünyaya gətirib. Metodika üzərində 2 il işlədiklərini deyən Çinin Şanxay şəhərindəki Neyrofiziologiya İnstitutunun nəzdindəki Primatların Tədqiqatı Mərkəzinin direktoru Szyan Sun, bu metodun daha da təkmilləşdirib xərçəng xəstəliyi ilə yeni mübarizə metodları ortaya qoyacaqlarını da bildiriblər:
"Bu metodika ilə bir çox genetik xəstəliklərin mahiyyətini müəyyənləşdirib, yeni müalicə üsulları hazırlamaq olar. Bu günə qədər klonlaşdırmalarda doğuşdan bir neçə sonra ölüm halları müşahidə edilirdi. Bu dəfə isə biz həmin ölüm halının qarşısını almaq üçün genetik kodların bir hissəsini passiv hala salıblar. Gələcəkdə klonlaşdırma ilə yanaşı, xərçəng və immun çatışmazlığı kimi bir çox ağır xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa cəhd edəcəyik".
Tam eyni DNT-yə malik olan meymunların hazırda səhhətində heç bir problem yoxdur. Onlar müşahidə altında saxlanılır.
Könül Cəfərli
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi









































